Quote (lucky_boy)
bilirem ki atamin yarisi yeni ata terefi quzeyler, atamin anasigil seytanlardi.
sənin ananın atası isə Ömər uşagıdir
mən də Ömər uşagıyam. babam deyərdi ki, Ömər uşagı Qoca uşagı ilə qohumdular (qədimdə əmiuşağı olublar),
bir ulu nənəm Kubaçı, ulu babam Məhərrəm uşagındandır. O biri babam Məhərrəm uşagı, nənəm Qoca uşagıdır. o ki qaldı nəsillərə qoyulan adlara, Ömər, Məhərrəm, Qoca - bunlar məlumdu ki, babaların adlarıdır. Şeytanlar (bizim qohumlar) rəvayətə görə onlardan birinin evini yarıblar, evdəkilərə deyib səsinizi çıxarmırsız, heç kimə deməyin ki, evi aparıblar. kənardan kim soruşsa, deməli, oğru olur. elə də olub: bir muddət sonra biri sorusub ki, bəs eşitmişəm sizin evi oğurlayıblar, necə oldu, oğrunu tapdızmı... vəssalam, Şerlok Şeytan oğrunu tapıb. deməli, çoxbilmişliyə görə bu adı veriblər ona. mənim nənədən eşitdiyim hadisədir.
o ki, qaldı nəslin adı qarşısındakı bəzi təhqiramiz sözlərə nə bilim, İt, pişik, e..k, dəli, və s. ola bilsin ki, uzunmuddətli musahidələrə və ya nə isə çox qeyri-adi bir hadisəyə əsasən qoyulub. nənə-babalarımız kimin hansı nəsildən olmasına çox önəm verirdilər, duzdur, genetika elə bir seydir ki, qanla girən canla çıxar. ama bir nəsildən ancaq pis və ya yaxsı adamlar çıxa bilməz... adamın hansı nəsildən olmasını eşidib o dəqiqə hansısa adla damğalamaq insan hüquqlarının pozulmasıdır