Dünyanı maliyə böhranı bürüyüb.Artıq Azərbaycandada bu hiss olunur.Bir cox (əsasən hələlik özəl) müəsisələrdə kütləvi işdən azadolunmalar başlayıb.Qarşıdakı illərdə bizi nə gözləyir ?
Fikirlərini maraqla izlədiyim İlqar Məmmədovun proqnozları maraq doğudu məndə.Siz necə fikirləşırsiz? 2009-2010: böhran Azərbaycanı nətəhər vurasıdır?
Manat dəyərini itirəcək
Gələn ilin büdcəsi neftin qiymətinin 70 dollar ətrafında olacağına söykənir. Amma neft bu gün 44 dollara gedir. Əgər qiymət indiki kimi 70-dən xeyli aşağı qalsa, büdcənin kəsirini əritmək üçün iki addım atılacaq: i) yazda və ya yayda parlament xərcləri rəsmi şəkildə azaldacaq (sekvestr); ii) Milli Bank artıq pul çap etməklə manatın məzənnəsini aşağı salacaq.
Düzdür, İlham Əliyev böhrana fikir verməyib, neftdən gələn pulun böyük hissəsini iqtisadiyyata basmaqda davam edə də bilər. Maraq aydındır – dövlət investisiya layihələrinə ayrılan pulların böyük hissəsi bir cibə gedir. Bu halda, prezident, dərin böhranı bir neçə il gecikdirsə də, onu şiddətləndirəcək və gələcək nəsillər üçün pul qoymayacaq. Pulun hamısı indi yeyiləcək: bir tərəfdən yüksək büdcə xərcləri, digər tərəfdən də manatın məzənnəsinin yuxarıda saxlanılması üçün ayrılacaq xərclər. Bu ssenari prezidentdən o qədər vicdansızlıq tələb edir ki, onu bir ehtimal kimi düşünmək də istəmirəm.
Məişət malları, telefon, avtomobillərin satışı azalacaq
“Nikbin alışlar”ın son illərdə artmasının iki mənbəyi var idi: neft pullarının iqtisadiyyata atılması və ucuz xarici kreditlərin banklar tərəfindən neftlə varlanan əhaliyə baha satılması. Büdcə gəlirləri azalarsa və ucuz kreditlərin ayağı kəsildiyi kimi qalarsa, deməli məişət mallarının, telefonların və avtomobillərin on minlərlə satıcısı işdən kənar bulunacaq.
Konvertlər naziləcək
“Obşak”ın qaçılmaz büzüşməsi, maaşlarını konvertdə alan yüksək-orta və orta səviyyəli dövlət məmurlarının maaşlarını azaldacaq.
Hamının alveri öləcək
Tədricən, böhran, bütün başqa alver sahələrini də vuracaq, çünki ailə büdcələri xüsusi qənaət rejiminə keçəcək. İnsanlar daha az ev təmir edəcək (fəhlə vurulacaq), daha az restorana gedəcək, daha az geyim alacaq, yayda daha az istirahət zonalarına çıxacaq və s. Tələbatın belə azalmasi, qiymətləri aşağı düşürtmək istəsə də, manatın dəyər itirməsi qiymətləri əsasən dəyişməz saxlayacaq. Dollar və avro ilə ölcəndə qiymətlər bir az enəcək, amma çox ləng – yüksək gəlirə öyrəşmiş acgöz inhisarçılar milləti soymağa can atacaqlar.
Təcili və kompleks tədbirlər necə olmalı?
1. Büdcə xərcləri dərhal azaldılaraq, investisiya layihələrindəki “bir cib”in payı heç olmasa böhran dövrü ərzində sıfıra endirilməlidir. O cibin sahibi acından ölməz.
2. Orta və xırda növ büdcə oğurluğuna qarşı sərt tədbirlər görülməlidir
3. Dünyada Azərbaycana sərmayə qoymaq işindən asan iş olmamalıdır: gömrük, vergi, standartlar və s. qayda və normativlərə riayət məsələsində rüşvət tamamilə ləğv edilməli, topdan və pərakəndə qiymətlərin təyinində inhisarçılığın birdəfəlik dərisi soyulmalıdır.
:(